Rusiya benzinin ixracına qoyulan qadağaları ləğv edib

Rusiya benzinin ixracına qoyulan qadağaları ləğv edib

Rusiya Energetika Nazirliyi hökumətin ölkədən benzin ixracına qoyulan qadağanı ləğv etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Rusiya Energetika Nazirliyindən verilən açıqlamada, aşağıdakı ifadələr yer alıb:

“Rusiya Federasiyası Hökuməti daxili motor yanacağı bazarında qiymət konyukturasını sabitləşdirmək məqsədilə sentyabrın 21-də tətbiq edilmiş avtomobil benzininin ixracına müvəqqəti qadağanın noyabrın 17-dən ləğv edilməsi barədə qərar qəbul edib".

Rusiyada yazda birjada yanacağın qiyməti sürətlə artmağa başladı və bir neçə ay ərzində rekord səviyyədə qaldı. Pərakəndə qiymət artımı da xeyli sürətlənmişdi. Nəticədə, Rusiya hökuməti sentyabrın 21-də Rusiyadan benzin və dizel yanacağının ixracına qadağa qoyub.

Xəbəri paylaş

VİDEOLAR