Rusiyanın xarici işlər naziri öz macar həmkarı Piter Siyyarto ilə birgə mətbuat konfransında Avropa ölkələrinin kor-koranə şəkildə ABŞ-ın ardınca düşmələrindən təəssüf ifadə edib.
Az.rasthaber.com xəbər verir ki, Sergey Lavrov deyib:
"Avropa Birliyi kor-koranə şəkildə ABŞ-ın cızdığı yolu gedir.
Avropa Birliyinin Rusiyaya qarşı siyasətləri və maliyyə sanksiyalarından danışan Lavrov deyib: Mən bu məsələdən həqiqətən narahatam ki, görürəm, avropalılar Amerikanın onlar üçün təyin etdiyi istiqaməti gedirlər".
O, əlavə edib:
"Təkcə bu məsələni arzu edə bilərik ki, Avropa Birliyi öz problemlərini həll edə bilsin, çünki, heç kəs Avropada böhranın olmasını istəmir".
Rusiyanın xarici işlər naziri dünən öz macarıstanlı həmkarı Piter Siyyarto ilə görüşüb. Lavrov bu görüşdə Rusiyaya qarşı sanksiyalar təzyiqinə və çətin beynəlxalq şəraitə rəğmən, Moskva-Budapeşt əməkdaşlıqlarının davam etməsindən xəbər verib.