Rusiya: ABŞ tezliklə Suriyadan gedəcək

Rusiya: ABŞ tezliklə Suriyadan gedəcək

ABŞ tezliklə Suriyadan gedəcək, çünki onlar üçün orada “rahat” deyil.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

Burada sadəcə olaraq anlamaq lazımdır ki, sonda amerikalılar oradan (Suriyadan) gedəcəklər. Onlar hazırda orada daha çox problem əldə edirlər..., onlar öz qayda-qanunlarını tətbiq edirlər, lakin həmin strukturların həyat fəaliyyətlərini təmin edə bilmirlər. Üstəlik orada qaçqınların arasında çoxlu bandit və terrorçu da yığılıb... Düşünürəm ki, amerikalılar başa düşürlər ki, orada onlar üçün qeyri-komfortlu, narahatdır, lakin nə qədər ki, onlar oradadırlar, bizim hərbçilər xətti ilə dialoqumuz kifayət qədər effektiv gedir”, - deyə o qeyd edib və əlavə edib ki, bu dialoq bilərəkdən olmayan insidentlərin qarşısını almaqda faydalıdır.

Xəbəri paylaş

VİDEOLAR