Rusiya: ABŞ Suriyada açıq-aşkar neft oğurluğu ilə məşğuldur

Rusiya: ABŞ Suriyada açıq-aşkar neft oğurluğu ilə məşğuldur

ABŞ Suriyada açıq-aşkar şəkildə neft oğurluğu ilə məşğuldur.

Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bəyan edib.

Onun sözlərinə görə, bununla da Suriyadakı bir sıra rayonlar ekoloji fəlakət zonasına çevrilir.

Rusiyalı diplomat bu halın "ABŞ-ın qeyri-qanuni işğalı altında olan Suriyanın şimal-şərqində" baş verdiyini qeyd edib və nümunə olaraq da Fərat çayının şimalını və həmçinin ət-Tənf zonasını göstərib.

"Bu rayonlarda hərc-mərclik və zorakılıq hökm sürür. Məhz belə yerlərdə terrorçular öz ağaları tərəfindən "yaxşı" və "pis"-ə bölünürlər, ikinci "həyat" qazanırlar, aktiv şəkildə əhalinin radikallaşdırılması ilə məşğul olurlar", - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR