Rusiya: ABŞ qatil və terrorçudur...

Rusiya: ABŞ qatil və terrorçudur...

Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, Rusiya XİN ABŞ dövlət katibi Entoni Blinkenin KTMT-nın Qazaxıstandakı sülhməramlı missiyasına dair sözlərini şərh edib.

"ABŞ dövlət katibi Entoni Blinken özünə xas ədəbsizlik və kobudluqla Qazaxıstandakı faciəvi hadisələr barədə zarafat edib", - deyə Rusiya XİN-dən qeyd edilib.

Xatırladaq ki, Blinken çıxışı zamanı bunları deyib: "Keçmiş tarixdən bir dərs: ruslar sənin evinə gəldikdə onları getməyə məcbur etmək çətin olur".

"Əgər Entoni Blinken tarix dərslərini bu cür sevirsə, qoy, bunu da nəzərə alsın: amerikalılar sənin evinə girdikdə, (ev sahibi üçün) sağ qalmaq, qarət olunmamaq və ya zorlanmamaq çətin olur", - deyə rəsmi Moskva bəyan edib.

Əlavə edilib ki, ABŞ-la bağlı bu faktı "təkcə yaxın keçmiş yox, ABŞ dövlətçiliyinin bütün 300 ili" isbat edir.

"Bununla bağlı öz evlərində çağırılmamış qonaq görmək məsələsində bəxti gətirməyən Şimali Amerika kontingentinin hindiləri, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və digər çoxlu biçarələr danışa bilərlər", - deyə Rusiya XİN-dən vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR