Rusiya: ABŞ Moskvanın İrandan silah aldığına dair iddialarını sübut etməlidir

Rusiya: ABŞ Moskvanın İrandan silah aldığına dair iddialarını sübut etməlidir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia deyib ki, ABŞ və Britaniya Moskvanın İrandan PUA, Şimali Koreyadan isə raket və artilleriya mərmiləri almağa çalışdığına dair iddialarını sübut etməlidir.

Az.rasthaber.com xəbər verir ki, 15 üzvü olan BMT Təhlükəsizlik Şurasına müraciət edən Nebenzia, "Onlardan sübut təqdim etmələrini və ya etibarsız məlumatlar təqdim etdiklərini etiraf etmələrini xahiş edirəm", - deyə bildirib.

Qeyd edək ki, ABŞ İranı Rusiyanın Ukrayna müharibəsində istifadə etməsi üçün bu ölkəyə PUA satmaqda ittiham etsə də, İran bunu təkzib edib.

Bundan əlavə Vaşinqton Rusiyanı Şimali Koreyadan raket və artilleriya mərmiləri almağa cəhd etməkdə də ittiham edir.

Xəbəri paylaş

VİDEOLAR