Rusiya: ABŞ-ın kimyəvi silah anbarları məhv edilməlidir

Rusiya: ABŞ-ın kimyəvi silah anbarları məhv edilməlidir

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ hökumətindən digər ölkələrin daxili işlərinə müdaxiləni dayandırmağı və kimyəvi silahlarını məhv etməyi istəyib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Amerikanın Kremlin müxalifətçilərindən birinin zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı yeni ittihamı Moskvanın Vaşinqtondakı səfirliyinin reaksiyası ilə müşayiət olunub.
Rusiya səfirliyi bəyanatında ABŞ hökumətini ölkələrin daxili işlərinə qarışmaqdan əl çəkməyə və kimyəvi silah istehsalını dayandırmağa çağırıb.
Ryanovsti saytının məlumatına görə, bu bəyanatda Rusiyanın kimyəvi silaha malik olması ilə bağlı iddialar yalan olduğu qeyd edilib.
Vaşinqton çox yaxşı bilir ki, 2017-ci ildə ölkəmiz kimyəvi döyüş ehtiyatlarını tamamilə aradan qaldırılıb və bu məsələ Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı tərəfindən də rəsmi şəkildə təsdiqlənib.

Xəbəri paylaş

VİDEOLAR