Rusiya ABŞ-ın istəyi ilə hərəkət edən deyil!

Rusiya ABŞ-ın istəyi ilə hərəkət edən deyil!

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq-Müqavilə İdarəsinin keçmiş başçısı general-leytenant Yevgeni Bujinski deyib.

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya nüvə mühərrikli ən yeni növ raketlərin hazırlanmasını davam etdirəcək, bu layihələri dayandırmaq üçün səbəb yoxdur.

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq-Müqavilə İdarəsinin keçmiş başçısı general-leytenant Yevgeni Bujinski deyib.

“Rusiya nüvə mühərrikli ən yeni raket növlərinin hazırlanması və tətbiqindən (orduya verilməsindən) imtina etməyəcək, xüsusilə də ABŞ administrasiyası silahlanmalarla, o cümlədən də nüvə silahlarına nəzarətlə bağlı bütün sazişlərdən çıxdığı bir zamanda”, – deyə o bildirib.

“Rusiya və ABŞ münasibətləri pisləşir və qarşıdurmanın sonu görünmür. Belə bir şəraitdə heç kimi bir-birinə qulaq asmayacaq, məxsusən də Marşal Billinqsli kimi qeyri-adi birinin fikrinə”, – deyə o əlavə edib.

Rusiyalı general xatırladıb ki, ABŞ nüvə silahlarına nəzarətə dair sazişlərdən çıxmaqla yanaşı, bunsuz da güclü olan nüvə potensialının gücləndirilməsi üzərində işləyir.

Xatırladaq ki, ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi elçisi Marşal Billinqsli bəyan edib ki, Rusiya nüvə mühərrikli ən yeni raket növlərindən imtina etməlidir və o, bu raketləri “uçan Çernobıl” adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR