Rusiya: ABŞ ilə siyasi əlaqələr iflic vəziyyətindədir

Rusiya: ABŞ ilə siyasi əlaqələr iflic vəziyyətindədir

Rusiyanın Vaşinqtondakı səfiri ABŞ-la siyasi dialoqların və əməkdaşlığın hətta qarşılıqlı faydalı məsələlərdə belə itirildiyini bəyan edərək, eyni zamanda Rusiya səfirliyinin əməkdaşlarının da təhdid edildiyini bildirib.

“Sputnik” xəbər agentliyinə müsahibəsində Antonov belə bəyan edib: “Rusiya ilə ABŞ arasında siyasi dialoq demək olar ki, iflic vəziyyətinə düşüb, ikitərəfli əməkdaşlıq hətta ortaq məsələlər də iflasa uğrayıb”.
O bildirib ki, Amerika tərəfi Rusiya diplomatik nümayəndə heyətinin bu ölkənin icra qurumları ilə əlaqəsini kəsidiyinə diqqət çəkərək deyib: “Rusiya gözlənilməz nəticələrə səbəb olan qarşıdurmadan qaçmaq üçün ABŞ-la əlaqə kanallarını saxlamağı vacib hesab edir”.

Xəbəri paylaş

VİDEOLAR