Bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov bu haqda danışıb
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, ABŞ və onların müttəfiqləri Yaxın Şərqdə özlərini qab-qacaq bazarındakı fil kimi aparır və bu, region ölkələri üçün ağır nəticələrə səbəb olur.
Bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Moskva müstəqil dövlətlərin daxili işlərinə müdaxiləni, hər hansısa bir ideologiyanı məcbur qəbul etdirməyi yolverilməz hesab edir.
“Heç kim bununla məşğul olmamalıdır. Biz isə, təəssüf ki, ABŞ və onun yaxın müttəfiqlərinin bu regionda (Yaxın Şərqdə) özlərini qab-qacaq bazarındakı fil kimi apardığını görürük: İraq, Liviya, üstəlik Suriya Ərəb Respublikasını da dağıtmaq cəhdləri. Bütün bunlar, təəssüf ki, region ölkələri, buradan yaşayan xaqlar üçün olduqca ağır nəticələrə gətirib çıxarır”, – deyə o qeyd edib.