Rusiya ABŞ-a cavab verəcəyini bildirir

Rusiya ABŞ-a cavab verəcəyini bildirir

Rusiya XİN bildirib

Rasthaber Azərbaycan Gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiya ABŞ-ın bu və ya digər regionda nüvə və qeyri-nüvə raketləri yerləşdirməsinə dərhal reaksiya verəcək.

Bu haqda Rusiya XİN ABŞ-ın Orta və Aşağı Mənzilli Raketlərin Azaldılması Sazişindən (OAMRAS) birtərəfli çıxışının ildönümündə bildirib.

ABŞ-ın hərəkətləri heç bir məhdudiyyətin olmamasına və “ümumi təhlükəsizlik və sabitlik üçün təhdidlərin dəfələrlə artmasına” səbəb olub.

“Sazişdən çıxdıqdan sonra Vaşinqton dərhal daha öncə OAMRAS tərəfindən qadağan edilən raket vasitələrinin hazırlanmasının sürətli tamamlanması kursunu götürdü. Onların açıq hava sınaqları keçirildi; bu, ABŞ-ın sazişə əməl etməsi ilə bağlı Rusiyanın çoxillik iddialarının əsaslı olduğunu təsdiqləyib. ABŞ açıq şəkildə bəyan etdi ki, tez bir zamanda perspektivli raket silahlarını yerləşdirmək niyyətindədir, birinci növbədə də, Asiya-Sakit Okean regionunda”, – deyə Rusiya XİN qeyd edib.

Rusiya XİN sonra bildirib: “Bəllidir ki, ABŞ-ın quru orta və aşağı mənzilli raketlərinin dünyanın müxtəlif regionlarında yerləşdirilməsi regional və qlobal təhlükəsizliyi pozacaq, həmçinin silahlanma yaşırının yeni təhlükəli mərhələsinə səbəb olacaq. Rusiya öz ərazisi üçün əlavə raket risklərinin yaranmasını gözardı edə bilməz; bu, bizim üçün strateji xarakter daşıyır. Bu, yubadılmaz reaksiya tələb edir. Üstəlik, ABŞ raketlərinin necə təchiz edilməsindən asılı olmayaraq – istər nüvə (başlıqlı), istərsə də qeyri-nüvə (başlıqlı).”

Xəbəri paylaş

VİDEOLAR