Bu barədə Rusiya Qara dəniz donanmasının mətbuat xidməti məlumat verib.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri 10 ildə ilk dəfə olaraq NATO ölkələri ilə birlikdə təlim keçirəcək.
Bu barədə Rusiya Qara dəniz donanmasının mətbuat xidməti məlumat verib.
“AMAN-2021”-də Rusiya ilə yanaşı Pakistan, ABŞ, Böyük Britaniya, Çin, Yaponiya, Türkiyə, Filippin, Malayziya, Şri-Lanka və İndoneziya da iştirak edəcək.
Təlimlər 2021-ci il fevral ayında Karaçi akvatoriyasında keçiriləcək.
Qeyd edilir ki, Rusiya Hərbi Dəniz Donanması sonuncu dəfə 2011-ci ildə İspaniya sahillərində “Bold Monarx” təlimi çərçivəsində NATO gəmiləri ilə birlikdə hərəkət edib.