Rus millətçiləri ermənilərə görə Qarabağa gəlməyəcəklər

Rus millətçiləri ermənilərə görə Qarabağa gəlməyəcəklər

Bu barədə rus millətçiliyinin ideoloqlarından biri Yeqor Xolmoqorov bildirib.

Rasthaber xəbər verir ki, rus millətçiləri Rusiya vətəndaşı olan etnik ermənilərin Rusiyanın ermənilərin tərəfindən Qarabağ münaqişəsinə müdaxiləsi çağırışlarını qəbuledilməz hesab edirlər.

Bu barədə rus millətçiliyinin ideoloqlarından biri Yeqor Xolmoqorov bildirib.

“Rusiya vətəndaşı olan çoxsaylı etnik ermənilər Rusiyadan müdaxilə və Ermənistan və hətta qondarma Dağlıq Qarabağ Respublikasına da yardım etməsini tələb edirlər. Bizim qarşımızda klassik etnomillətçilik durur – öz etnoslarının maraqlarına görə ölkəni müharibə dəhşətinə cəlb etməyə hazırdırlar. Etnos vətəndaşlıqdan üstündür”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR