İran və Rusiya ABŞ-ın Suriyaya qarşı sanksiyalarına reaksiya verib.
Rasthaber Azərbaycan Shafaqna.com-a istinadən xəbər verir ki, İran və Rusiya ABŞ-ın Suriyaya qarşı sanksiyalarına reaksiya verib.
İran prezidenti Həsən Ruhani bu sanksiyaları pisləyərək bildirib ki, Tehran Dəməşqi dəstəkləməyə davam edəcək.
“ABŞ dövlətinin bu addımı (Suriyaya qarşı birtərəfli sanksiyaları – red.) beynəlxalq humanitar hüququn pozuntusudur. İran İslam Respublikası suveren millətlərə qarşı istənilən sanksiyaları pisləyir və qeyd edir ki, İran Suriya xalqını dəstəkləməyə davam edəcək”, – deyə o qeyd edib.
Rusiya prezidenti Vladimir Putin də deyib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyaları qeyri-qanunidir və Suriya iqtisadiyyatı üçün əlavə problemdir və onu sarsıdır.
Xatırladaq ki, bu gün Rusiya, İran və Türkiyə prezidentləri Suriyaya dair videokonfrans keçirirlər. Əyani görüş İranda keçirilməli olsa da, koronavirusa görə təxirə salınmalı oldu.