Ruhani: Bu, əsrin ən mənfur planıdır

Ruhani: Bu, əsrin ən mənfur planıdır

İran prezidenti dünən gecə amerikan “əsrin sazişi” planını əsrin ən mənfur planı adlandırıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Həsən Ruhani “əsrin sazişi” adlı fitnəyə reaksiyada tvitterdə ingiliscə yazıb: "Bu axmaqcasına hərəkətlər yetər. Bu, əsrin ən mənfur planıdır."

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən gecə amerikan-sionist “əsrin sazişi” planını “cəhənnəmə doğru magistral yol” adlandırıb.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı, Ağ Ev-də amerikan “əsrin sazişi” planını təqdim etdi.

Bu Amerika hökuməti tərəfindən irəli sürülən yeni plandır. Bu plan Fələstin xalqının hüquqlarını aradan götürmək məqsədini güdür. Plan Ərəbistan daxil olmaqla bəzi ərəb ölklələrinin razılığı və həmkarlığı ilə işlənib hazırlanıb.

Qüdsü sionist rejimə təqdim edən bu plan müqavimət qüvvələrinə mübarizəni, fələstinli didərginlərə də qayıdış haqqını qadağan edir.

Bu plana görə, Fələstin yalnız Qərb sahilində və Qəzza zolağında qalan torpaqlara sahib olacaq.

Bütün fələstinli qrup və cərəyanlar açıq şəkildə bu planı rədd edib.

Bir çox ölkə, şəxsiyyət, siyasi və dini məsul şəxs, xüsusən də müsəlmanlar da bu planı pisləyiblər.

Xəbəri paylaş

VİDEOLAR