Ruhani ABŞ-ın sanksiyalarını terror aktına oxşatdı

Ruhani ABŞ-ın sanksiyalarını terror aktına oxşatdı

Avstriyanın xarici işlər naziri İrana gəlib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Avstriyanın xarici işlər nazirilə görüşüb.

Ruhani rəsmi danışıqlar üçün paytaxt Tehranda səfərdə olan Avstriyanın xarici işlər naziri Alexander Schallenbergi qəbulu zamanı ABŞ-ın sanksiya tətbiqinə münasibət bildirib.

İran prezidenti açıqlaması zamanı “ABŞ iqtisadi sanksiyalardan əlavə ərzaq və əczaçılıq dərmanlarına da sanksiya tətbiq edib. Bu sanksiyalarin tətbiqi terrorçuluqdur. ABŞ-ın sanksiyaları koronavirusa oxşayır. Qorxusu həqiqətindən daha çoxdur", -deyə qeyd edib.

Nüvə sazişinin İran, AB və digər qərblilər arasında etimadın yenidən bərpası baxımından uyğun zəmin yaradacağını və rəsmi Tehranın öhdəliklərinə əməl etdiyini ifadə edən Ruhani, bölgədəki su yollarının təhlükəsizliyinin əvvəlkindən daha zəif olduğunu, Yəmən, Suriya, Əfqanıstan və İraq kimi ölkələrdə uyğun təhlükəsizlik şəraitinin olmadığını qeyd edib.

Schallenberg də  Nüvə  sazişinin  bölgədəki sülh və sabitlik üçün  əhəmiyyət  daşıdığını   vurğulayıb.

"Avstriya etimad yaratmaq istiqamətində təqdim olunan bu layihəni alqışlayır və bu prosesdə öz müsbət rolunu oynamağa maraqlıdır.", -deyə Schallenberg bildirib.

Xəbəri paylaş

VİDEOLAR