İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami nüvə obyektlərinin yaxşı vəziyyətdə olduğunu və işçilərinin əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran dövlət televiziyasına danışan İslami ölkənin nüvə obyektlərinin hazırkı vəziyyəti barədə məlumat verib.
İslami deyib:
"Nüvə obyektləri yaxşı vəziyyətdədir. Onların işçilərinin əhval-ruhiyyəsi yüksəkdir".
Bir neçə gün əvvəl İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi İsrailin Qum şəhərindəki Fordo Nüvə Mexanizminə edilən hücumdan sonra obyekt cüzi ziyan gördüyünü, lakin, heç bir nüvə çirklənməsinin baş vermədiyini, İsfahan şəhərindəki Natanz Nüvə Müəssisəsinə edilən hücumdan sonra nüvə çirklənməsinin obyekt daxilində baş verdiyini, lakin bu çirklənmənin obyektdən kənara yayılmadığını bildirib.