İran ABŞ Konqresi Nümayəndələr Palatası sədrinin Tayvana səfərinə münasibət bildirib.
“Ölkələrin milli suverenliyinə hörmət Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas prinsiplərindən biridir. Belə ki, nizamnamənin 2-ci maddəsi üzvləri digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə xələl gətirən hər hansı davranışa qarşı xəbərdarlıq edir. İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörməti öz xarici siyasətinin əsas prinsiplərindən biri hesab edir və burada “Vahid Çin” siyasətini dəstəkləməsi şübhəsizdir.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
Kənani son vaxtlar Amerika rəsmilərinin Çin Xalq Respublikasının daxili işlərinə qarışaraq, bu ölkənin ərazi bütövlüyünü pozmaqda gərginlik yaradan davranışını Vaşinqtonun dünyanın müxtəlif region və ölkələrinə müdaxiləsinə nümunə kimi qiymətləndirib.
O bildirib ki, ABŞ-ın bu addımları yalnız qeyri-sabitliyin artmasına və mübahisələri qızışdırmasına səbəb olur.