Rəsmi Dəməşqdən BMT-yə etiraz

Rəsmi Dəməşqdən BMT-yə etiraz

Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı iki məktubda sionist rejimin Dəməşqə qarşı son hücumlarını tənqid edib

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, məktublarda bildirilir ki, sionist rejimin ardıcıl təcavüzləri Suriya dövlətini terror təşkilatları ilə mübarizənin davam etdirilməsi qarşısında öz qanuni vəzifələrini yerinə yetirmək fikrindən daşındırmayacaq.

Suriyadakı rəsmi mənbələr bu gün səhər tezdən xəbər verdilər ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələri Dəməşqin və onun ətrafının səmasında düşmən hədəfləri ilə mübarizə aparıblar.

Bu məlumata görə, həmin hücumun amili, məhz sionist rejim olubdur.

Xəbəri paylaş

VİDEOLAR