Ronaldu Səudiyyənin böyük gəlirli reklamına yox dedi

Ronaldu Səudiyyənin böyük gəlirli reklamına yox dedi

Əfsanəvi futbolçu Kriştianu Ronaldu “Səudiyyə Ərəbistanına səfər edin” reklam kampaniyasında iştirakdan imtina edib.

Rasthaber Azərbaycan “The Telegraph”a istinadla xəbər verir ki, krallıq portuqaliyalı ulduza ildə 6 milyon avro təklif edib.

Razılıq verəcəyi təqdirdə, Ronaldu Səudiyyə Ərəbistanına səfərlər edəcək və ölkə turizminin inkişafına yönələn kommersiya kampaniyalarında iştirak edəcəkdi.

KİV-in yazdığına əsasən, Ronaldunun belə cəlbedici təklifdən imtina etməsinin əsas səbəbi beynəlxalq ictimaiyyətin Səudiyyə Ərəbistanını insan haqlarını pozmaqda ittiham etməsidir.

Daha öncə analoji təklif Lionel Messiyə də ünvanlanmışdı. Lakin argentinalı futbolçu da “yox” cavabı vermişdi.

Xəbəri paylaş

VİDEOLAR