Kanadaya səfər edən Roma Papası Fransisk kilsənin keçmişdəki sui-istifadələrinə görə Kanada yerlilərindən üzr istəyib və bu cür rəftarı “pis və fəlakətli səhv” kimi təsvir edib.
Az.rasthaber.com "IRNA"ya istinadən xəbər verir ki, 85 yaşlı Papa Fransisk, Kanada yerlilərinin yaşadığı kilsəyə bağlı bir məktəbin yaxınlığında etdiyi çıxışda keçmişdə xristianların "müstəmləkəçilik zehniyyətinə" görə yerli sakinlərdən üzr istəyib.
Papa kilsəyə bağlı internat məktəbləri ilə bağlı ciddi araşdırmalar aparılmalı və hələ də internatlarda yaşayan yerlilərə dəstək verilməli olduğunu bildirib.
Papa Fransisk Kanada hindularının liderlərinə müraciətində "Utanc və qeyri-müəyyənliklə dolu bir ağılla, bir çox xristianın yerli xalqa qarşı etdiyi pisliyə görə təvazökarlıqla üzr istəyirəm", - deyə bildirib.
Qeyd edək ki, ötən il Kanadada 1800-cü illərdə yerli xalqa qarşı qeyri-insani hərəkətlərin ortaya çıxması xristian dünyasını çaş-baş salmışdı.