İran prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri Prezident Vladimir Putinin dəvəti ilə və iki ölkə arasında strateji əməkdaşlığın səviyyəsini artırmaq məqsədilə baş tutacaq.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Xətibzadə deyib ki, bu səfərdə təhlükəsizlik, müdafiə, siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlığın artırılması üçün nümayəndə heyəti prezident İbrahim Rəisini müşayiət edəcək.
O qeyd edib ki, bu səfər çərçivəsində iki ölkə arasında bəzi sənədlər hazırlanır və imzalanacaq.