Rəisi: Uşaq qatili İsrail ilə əməkdaşlığı gizlətmək olmaz

Rəisi: Uşaq qatili İsrail ilə əməkdaşlığı gizlətmək olmaz

İran prezidenti Seyid İbrahim Rəisi İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşündə bildirib: "Sionist rejimin fəaliyyətlərini yaxından izləyirik. Uşaq qatili rejimlə əməkdaşlığı gizlətmək olmaz".

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi dünən axşam rəsmi danışıqlar aparmaq üçün Tehrana gələn İraqın xarici işlər naziri Fuad Hüseyni qəbul edib.

Görüşdə, Rəisi İranın güclü və vahid İraq tərəfdarı olduğunu ifadə edərək, "İraqdakı bütün siyasi partiyaların əməkdaşlığı ilə İraq xalqının maraqlarına əsaslanan siyasi konsensus görəcəyimizi ümid edirik", - deyib.

Prezident Rəisi sözlərini belə davam etdirib:

"Biz qonşu ölkələrdən, xüsusilə də İraqdan, İraq Kürd Regional Rəhbərliyindən və İran İslam Respublikasının təhlükəsizliyinə zərər verəcək hər hansı mövcudluğa icazə verməməsini gözləyirik. İran İslam Respublikası qonşularına qarşı qardaşlığını əməldə sübut edib. Bu səbəbdən qonşu ölkələrdən xahiş edirik ki, bölgə düşmənlərinin hiylələrinə qarşı həssas olsunlar. Təəssüf ki, İraq Kürd Regional Rəhbərliyi bəzi şeyləri diqqətdən kənarda qoyub. İran İslam Respublikası olaraq biz sionist rejimin fəaliyyətlərini yaxından izləyirik. Uşaq qatili sionist rejimlə əməkdaşlığı gizlətmək olmaz və biz regionun təhlükəsizliyinin təhlükə altına düşməsinə heç vaxt icazə verməyəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR