Rəisi Rusiya parlamentində çıxış edəcək

Rəisi Rusiya parlamentində çıxış edəcək

İran prezidenti Seyid İbrahim Rəisi cümə axşamı günü Rusiya Dövlət Dumasının (parlamentinin) plenar iclasında çıxış edəcək.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə palatanın vitse-spikeri Aleksandr Jukov məlumat verib.

"İran prezidenti cümə axşamı günü saat 12-də Dövlət Dumasında çıxış edəcək", - deyə o qeyd edib.

Xatırladaq ki, Rəisi bu həftə Rusiyaya səfər edəcək. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşərək danışıqlar aparacaq.

Xəbəri paylaş

VİDEOLAR