Rəisi: Qərb kütləvi qırğın silahlarına malik olan İsraili niyə dayandırmır?

Rəisi: Qərb kütləvi qırğın silahlarına malik olan İsraili niyə dayandırmır?

Qətərdə yerləşən Əl-Cəzirə telekanalına müsahibə verən İran prezidenti İbrahim Rəisi ABŞ-ın nüvə danışıqları ilə bağlı etimadı artıran tədbirlər görməli olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Əl-Cəzirə televiziyasına müsahibəsində, nüvə danışıqları ilə bağlı mühüm açıqlamalar verib.

Nüvə razılaşmasının əldə olunması ilə bağlı son qərarın ABŞ-a aid olduğunu bildirən Rəisi, ABŞ-ın 2015-ci il tarixli nüvə razılaşmasının bərpası üçün danışıqlar prosesində etimad gücləndirici tədbirlər görməli olduğunu vurğulayıb.

İranın ABŞ-la birbaşa görüşüb-görüşməyəcəyi sualına Rəisi belə cavab verib:

"ABŞ ilə birbaşa nüvə danışıqlarının heç bir faydası yoxdur. Biz hesab edirik ki, İran xalqının maraqları ABŞ ilə birbaşa danışıqlara əsaslanmır".

Rəis vurğulayıb ki, Vyanada nüvə danışıqlarının gedişi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik tədbirləri ilə bağlı məsələlər həll edilməlidir.

İran millətinin hüquqlarını qorumaqda qərarlı olduqlarını ifadə edən Rəisi əlavə edib ki, İrana qarşı sanksiyaların ləğvinin zəmanəti olmalıdır.

Qərb tərəfinin İrana münasibətini tənqid edən Rəisi deyib:

“Qərb bizdən nüvə fəaliyyətlərini dayandırmağı tələb etməmişdən əvvəl, kütləvi qırğın silahlarına malik olan İsrail rejimindən fəaliyyətini dayandırmasını tələb etməlidir”.

Xəbəri paylaş

VİDEOLAR