Rəisi: Qərb insanların həqiqətlərdən xəbərdar olmasını istəmir

Rəisi: Qərb insanların həqiqətlərdən xəbərdar olmasını istəmir

“Bu gün birtərəflilik erası bitib və Amerikanın regiondakı gücü azalmaqdadır”.

Az.rasthaber.com xəbər verir ki, bunu İran prezidenti Seyid İbrahim Rəisi Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) 18-ci Baş Assambleyasında çıxışı zamanı deyib.

Rəisi İrana qarşı tətbiq edilən sanksiyalara toxunaraq deyib:

"Terrorun bir çox növləri var. Bəzən terror bir ölkə iqtisadiyyatının terrorudur. Məsələn, sanksiyalarla iqtisadiyyatımızı terror etməyə çalışırlar və bu gün sanksiyalar köhnə müharibə ilə eynidir. 

Bəzən terror mədənidir. Mədəni terrorizm faktlarla məşğul olmayan və faktları aradan qaldırmağa çalışan terrordur. Bəzən həqiqətin əhəmiyyətsiz hissəsini deyirlər ki, əsas faktlar gizli qalsın. Mədəni terror insanların həqiqətlərdən xəbərdar olmasını istəmir. Mediada da vəziyyət eynidir.

Media işi iqtisadi, mədəni, siyasi və s. imkanlar baxımından millətlər arasında sivilizasiya kimliyini və üstün dəyərləri təbliğ etmək və onlara terrora qarşı durmağı və müqavimət göstərməyi öyrətmək media mənsublarının üzərinə düşən ciddi missiyadır.

Bu gün imperializm istədiyi fikirləri cəmiyyətə sırımağa çalışır. Müstəqil medianın işi Qərb mediasının nə istədiyini göstərmək deyil, hadisələri düzgün anlamaqdır".

Rəisi daha sonra əlavə edib:

"Birtərəflilik dövründən sonra bu gün dünyada yeni səhifə açılır və yeni qüvvələr yaranır. Bu gün təktərəflilik dövrü başa çatır və amerikalıların bölgədəki gücü azalır".

Xəbəri paylaş

VİDEOLAR