İranda prezidentliyə namizəd olan Seyid İbrahim Rəisi ölkə başçısı seçiləcəyi təqdirdə quracağı siyasətindən danışıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, o, İran Televiziyasına verdiyi açıqlamasında bildirib ki, bir razılaşmaya görə ölkə iqtisadiyyatı boş dayanmamalıdır.
Rəisi qeyd edib ki, iqtisadiyyat müqaviləni təsdiqləmək üçün bir gün, müqaviləni həyata keçirmək üçün bir gün və müqaviləni yeniləmək üçün bir gün boş dayana bilməz.
"Bu səhv bir siyasətdir. İran dünyanın bütün ölkələri ilə geniş əlaqələrə sahib ola bilər, lakin şübhəsiz ki, qonşu dövlətlər siyasi, iqtisadi və mədəni qarşılıqlı əlaqələr baxımından prioritetdir. ", -deyə Rəisi əlavə edib.
Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.