Rəisi: Nüvə danışıqlarını baş ucalığı ilə və bütün gücümüzlə aparırıq

Rəisi: Nüvə danışıqlarını baş ucalığı ilə və bütün gücümüzlə aparırıq

“Mən yeni ilin büdcəsini İslami Şura Məclisinə təqdim edəndə də bildirdim ki, bu büdcəmiz nüvə sazişi olmadan nəzərdə tutulub. Çünki fikrimiz budur ki, öz ayaqlarımız üzərində duraq və öz əlimizdəkilərə arxalanaq”

“Nüvə danışıqlarını baş ucalığı ilə və bütün gücümüzlə aparırıq. Biz müzakirə masasından uzaqlaşmamışıq. Bu gün İran İslam Respublikasının strateji mövqeləri izzətlə açıqlanır. Eyni zamanda xalqın güzəranını və ölkə iqtisadiyyatını nüvə sazişindən asılı etməmişik. Bu danışıqlar nəticə verdi ya vermədi, bizim milli iqtisadiyyat məsələsində öz plan və proqramımız var və onu bütün gücümüzlə davam etdirəcəyik.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Məşhəd şəhərində din alimlərilə görüşü zamanı deyib.

Vyanada nüvə sazişinin bərpası ilə bağlı aparılan danışıqlara və İranın bu yolda tutduğu mövqeyə toxunan prezident İrahim Rəisi bildirib ki, dialoq aparılsa da İran ölkə xalqının güzəranı və iqtisadiyyatını bu sazişdən asılı etməyəcək.

Onun sözlərinə görə nüvə danışıqları nəticə verməsə belə İranın özünəməxsus iqtisadi planı var.

“Mən yeni ilin büdcəsini İslami Şura Məclisinə təqdim edəndə də bildirdim ki, bu büdcəmiz nüvə sazişi olmadan nəzərdə tutulub. Çünki fikrimiz budur ki, öz ayaqlarımız üzərində duraq və öz əlimizdəkilərə arxalanaq”, deyə Rəisi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR