Rəisi nüvə danışıqları haqda: Güzəştə getməyəcəyik

Rəisi nüvə danışıqları haqda: Güzəştə getməyəcəyik

İran nüvə sazişi ilə bağlı danışıqlar masasını tərk etməyəcək, lakin güzəştə də getməyəcək.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bildirib.

ABŞ-ın İran xalqına qarşı düşmənlik tarixçəsi 40 il deyil, 70 ildən çoxdur. Fərq bundadır ki, ilk 30 ildə ABŞ çevriliş və diktatorların dəstəklənməsi ilə İran xalqının maraqlarını qarət edə bilib, lakin İslam İnqilabının qələbəsindən sonrakı 43 il ərzində İran xalqı ABŞ-ın sonsuz hərbi əməliyyatlarına qarşı döyüşdən qalib ayrıldı”, - deyə o qeyd edib.

Nüvə sazişi, o cümlədən də iranlılara qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların başlayacağı tarixə gəlincə isə, Rəisi deyib ki, danışıqlar nəticəyə köklənib və rəsmi Tehran repressiv sanksiyaların ləğvi ilə bağlı İran xalqının qanuni tələbindən imtina etməyəcək.

İran prezidenti əlavə edib ki, əvvəl də bəyan edildiyi kimi, İran danışıqlar masasını tərk etməyəcək, lakin İran xalqının maraqlarının itirilməsinə səbəb olan hədsiz tələblərə qarşı da mübarizə aparacaq.

O qeyd edib ki, ölkəsi əsla İran xalqının maraqlarından əl çəkməyəcək və sanksiyaların ləğvi və zərərsizləşdirilməsinə nail olmağa çalışacaq.

Xəbəri paylaş

VİDEOLAR