Rəisi: İranın siyasəti Şərq və Qərbdən asılı deyil

Rəisi: İranın siyasəti Şərq və Qərbdən asılı deyil

İran İslam Respublikasının prezidenti Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının iclasları çərçivəsində mətbuat konfransı keçirib.

Az.rasthaber.com xəbər verir ki, Seyid İbrahim Rəisi konfransın əvvəlində vurğulayıb ki, İran İslam Respublikasının siyasəti Şərq və Qərbdən asılı deyil və nə Şərq, nə də Qərbdir.

O vurğulayıb ki, İranın siyasəti heç bir gücün ağalığı altında yaşamaq deyil.

Söhbətinin davamında prezident qeyd edib ki, təkəbbür özünü böyük və dünyanın kompası hesab edir və üstün dünyagörüşünə malik olduğunu təsəvvür edir, lakin bu, qəbuledilməzdir, bu gün dünyada bəzi ölkələr özlərini digərlərindən üstün hiss etdiyi üçün başqaları təqiblərdən əziyyət çəkirlr. 

Seyid İbrahim Rəisi sonra deyib: "Bəziləri arasında belə bir fikir var idi ki, İran hökumətləri xüsusi ölkələrə gedirlər, lakin hökumətin baxışı balanslıdır. Bizim xarici siyasətimiz bütün dövlətlərlə münasibət qurmağı nəzərdə tutur və biz beynəlxalq əlaqələrimizdə qonşu ölkələrə üstünlük veririk... Əgər hər hansı bir ölkə İranla əməkdaşlıq etmək istəsə, əlbəttə ki, biz buna yol açacağıq."

O əlavə edib: "Biz İranla əməkdaşlıq edən bütün ölkələrə yardım əlini uzadırıq və təbii ki, prioritet qonşu ölkələrədir və bizim işimiz bunu göstərir."

Xəbəri paylaş

VİDEOLAR