Bədxah qüvvələr İran və onun qonşuları arasındakı münasibətləri pozmağa cəhd edirlər.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bəyan edib.
Onun sözlərinə görə, İran hökumət qonşuları ilə ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə fokuslandığı bir şəraitdə, təbii olaraq, bədxahlar bu cür münasibətləri pozmağa çalışacaqlar.
Rəisi həmçinin İrandan olan neft ixracının artdığını da qeyd edib.
O əlavə edib ki, İranın qeyri-neft ixracı cari ildə əvvəlki illə müqayisədə 40% artıb.