Rəisi: İrana qarşı sanksiyalar heç bir nəticə verməyəcək!

Rəisi: İrana qarşı sanksiyalar heç bir nəticə verməyəcək!

İran prezidenti Seyid İbrahim Rəisi bəyan edib ki, İrana qarşı sanksiyalar heç vaxt bir nəticə verməyəcək.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi 6-cı İranın İxrac İstedadları Sərgisinin (İran Expo 2024) açılış mərasimindəki çıxışında sanksiyaları hökumətlərə və xalqlara təzyiqin simvolu kimi qiymətləndirərək deyib:

"Bu yarmarka onu göstərir ki, İrana qarşı sanksiyalar heç vaxt uğurlu olmayıb və bundan sonra da heç bir nəticə əldə etməyəcək.".

İranı təcrid etmək planlarının heç vaxt nəticə verməyəcəyini bildirən Rəisi deyib:

"İran effektiv və qətiyyətli insan gücü, təşəbbüs və yaradıcılığı ilə yeni texnologiyalardan yararlanaraq dünyaya müxtəlif sahələrdə yeniliklər gətirə bilər".

Rəisi iranlı gənclərin sanksiyaları fürsətə çevirdiyini ifadə edərək deyib:

"İqtisadi fəaliyyəti təmin etmək və xammalın satışı və ixracının qarşısını almaq üçün istehsalda tam bir zəncir lazımdır".

Ölkənin yüksək imkanlara malik olduğunu bildirən Rəisi deyib:

“Düşmən təzyiqinin ən çox olduğu yerdə ən böyük uğurları əldə etdik; Məsələn, düşməndən ən çox təzyiqi nüvə və hərbi sənayedə alsaq da, eyni sahədə ən çox irəliləyişə nail olmuşuq".

Bu gündən etibarən Tehran Beynəlxalq Daimi Sərgisində öz qapılarını ziyarətçilərin üzünə açan 6-cı İranın İxrac İstedadları Sərgisi (Iran Expo 2024) mayın 1-də başa çatacaq.

Bu yarmarka qeyri-neft ixracını inkişaf etdirmək və xarici ticarəti canlandırmaq və İranın ədalətli imkanlarından istifadə etmək məqsədi ilə təşkil edilir.

Xəbəri paylaş

VİDEOLAR