Rəisi: İrana nüvə silahı lazım deyil

Rəisi: İrana nüvə silahı lazım deyil

Rəsmi Tehran MAQATE-nin bir neçə mütəxəssisinin akkreditasiyasını ləğv etməklə qurumun digər inspektorlarının işini məhdudlaşdırmaq məqsədi daşımır.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bildirib.

“Anlayırsınız, əgər bizim məramımız MAQATE-nin inspeksiya keçirmək imkanına sahib olmamasından ibarət olsa idi, biz bunu birbaşa deyərdik“, – deyə o qeyd edib.

“MAQATE-də çox gözəl başa düşürlər ki, biz (təşkilatla) tam əməkdaşlıq edirik və bu əməkdaşlıq iki istiqamət üzrə baş verir. Əvvəla, (atom energetikası obyektlərində) baş verən hər şeyi qeydə alan kameraların quraşdırılması vasitəsilə. İkincisi isə, ora gələrək İrandakı nüvə fəaliyyətinin inspeksiyasına nəzarət edən inspektorlarla“, – deyə Rəisi bəyan edib.

O xatırladıb ki, MAQATE İranın nüvə proqramının “mülki və dinc məqsədlər” daşıdığını 15 dəfə təsdiq edib.

Rəisi əlavə edib ki, rəsmi Tehrana nüvə silahı lazım deyil, atom bombasının tətbiqi isə İslami dəyərlərə ziddir.

“Biz təkrar-təkrar bəyan etmişik ki, nüvə silahınnı istifadəsi, kütləvi qırğın silahının istifadəsindən söz gedə bilməz. Niyə? Çünki bizim buna ehtiyacımız yoxdur“, – deyə o vurğulayıb.

Rəisi həmçinin bildirib ki, İranın Ali lideri Ayətullah Xamenei kütləvi qırğın silahının istifadəsinin qadağan edilməsi ilə bağlı fitva çıxarıb.

Xəbəri paylaş

VİDEOLAR