Rəisi: General Süleymani məktəbi terror və raketlə məhv edilə bilməz

Rəisi: General Süleymani məktəbi terror və raketlə məhv edilə bilməz

Şəhid general Qasim Süleymani təfəkkür məktəbi idi və bu məktəbi terror və ya raketlərlə dağıtmaq mümkün deyil.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi bəyan edib.

O deyib ki, general Süleymani öz həyatını düşmən güclərini regiondan qovmağa həsr etmişdi.

Süleymani böyük sərkərdə idi və özündən sonra o, müsəlmanların torpaqlarını ələ keçirmiş düşmənlərlə mübarizə məktəbini saxlayıb”, - deyə o qeyd edib.

Rəisi general Süleymaniyə qarşı cinayətin məsuliyyətini daşıyanları məhkəmə qarşısına çıxarmağa dair çağırış edib.

ABŞ-ın keçmiş prezidenti və keçmiş dövlət katibi Maykl Pompeo məhkəmə qarşısına çıxarılmalı və törədilən cinayətə görə cavab verməlidir”, - deyə İran prezidenti bildirib.

O əlavə edib ki, əgər ədalət bərqərar edilməsə, İran xalqı qisas alacaq.

Xəbəri paylaş

VİDEOLAR