Rəisi: General Süleymani İslam ümmətinə məxsusdur

Rəisi: General Süleymani İslam ümmətinə məxsusdur

İran prezidenti Seyid İbrahim Rəisi general Qasim Süleymaninin müqavimət qüvvələrinin yetişdirilməsindəki rolu barədə danışarkən deyib ki, onun fəaliyyəti İslam dünyasında böyük potensial yaranmasına səbəb olub.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, generalın ailəsi ilə görüş zamanı Rəisi bildirib: “Hacı Qasim İslam ümmətinə məxsusdur və hər kəs bu böyük şəhidin xaakterini İslam dünyasındakı nüfuzlu, mötəbər, sözükeçən fiqur kimi təqdim etməlidir”.

İran prezidenti iranlı generala İranın Ali lideri Ayətullah Xamenei tərəfindən “məktəb” adının verilməsini effektiv adlandırıb və qeyd edib ki, “məsələ burasındadır ki, Hacı Qasim təkcə şəxsiyyət olmayıb, həm də bir məktəb kimi bütün cəmiyyətlər üçün diplomatik nümayəndə, elçi olub”.

Suriya və İraqdakı müqəddəs məkanların müdafiəsi məsələsinin təhrifinə yol verilməməsinin əhəmiyyəti barədə danışan Rəisi əlavə edib ki, “ola bilsin ki, bir çox müsəlmanlar İranın İraq və Suriyadakı mövcudiyyət səbəblərini ümumiyyətlə bilmirdi”.

O, general Süleymaninin səylərini "yumşaq və sərt müharibələrin ahəngi” adlandırıb.

İranlı prezidenti bəzi insanların “təkfir və yalan təbliğatlara yoluxmuş olması” ilə bağlı əəssüfünü ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR