ABŞ sanksiyları və təhdidləri müstəqil və azadlığa can atan dünya xalqlarına təsir etmir.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Seyid İbrahim Rəisi Nikaraqua prezidenti Daniel Orteqa ilə keçirdiyi telefon danışığı zamanı bildirib.
O deyib ki, "hökmranlıq sistemi İran İslam Respublikasına və Nikaraquaya öz iradəsini zorla qəbul etdirə bilməz, çünki hər iki ölkə xalqın dəstəyinə bel bağlayır və onlar hegemonların israfçılığına qarşı mübarizə aparıblar".
Rəisi qeyd edib ki, maneələr və problemlərə baxmayaraq, İran xalqı öz tərəqqi və inkişafını dayandırmayıb və dayandırmayacaq da.
"Və biz əminik ki, Nikaraqua ABŞ təhdid və sanksiyalarının öhdəsindən gələcək, çünki bu gün ABŞ tənəzzül dövrünü yaşayır və zəifləyir", - deyə İran prezidenti əlavə edib.