Rəisi: ABŞ-ın təkəbbürlü xasiyyəti Respublikaçı və Demokrat tanımır

Rəisi: ABŞ-ın təkəbbürlü xasiyyəti Respublikaçı və Demokrat tanımır

İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri ABŞ-ın təkəbbürlü xasiyyətinin Respublikaçı və Demokratik tanımadığını bildirərək, güclü bir İranı təkəbbürlə mübarizə üçün yeganə yol adlandırıb.

Az.rasthaber.com "SəhərAzəri"-yə istinadən xəbər verir, İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Seyyid İbrahim Rəisi, Bazar günü, Tələbələr Günü münasibətilə Tehrandakı tələbə təşkilatlarının nümayəndələri ilə görüşündə deyib: 1953-cü ildən bəri Amerika çox zəifdir; ABŞ-ı məyus edən mövzu İslami İranın gücüdür. ABŞ-ın təkəbbürlü xasiyyəti Respublikaçı və Demokrat tanımır.

İranın məhkəmə hakimiyyətinin sədri, İranın müdafiə sənayesi və nüvə sahəsi üzrə alimi şəhid Fəxrizadəni təhdid və sanksiyaların təsirsiz hala gətirilməsinin simvolu adlandıraraq deyib: Təkəbbür və müstəmləkəçiliyə qarşı çıxmaq İran İslam Respublikasının şərəf şifrəsidir.

Xəbəri paylaş

VİDEOLAR