Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı baş tutub.
Rasthaber xəbər verir ki, Türkiyə prezident administrasiyasının məlumatına görə, onlar Yunanıstan-Türkiyə arasındakı gərginliyin fonundakı Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.
“Danışıqlar zamanı ikitərəfli məsələlər, həmçinin regional hadisələr, xüsusilə də Şərqi Aralıq dənizindəki (hadisələr) müzakirə edilib”, – deyə qeyd edilib.
Ərdoğan bildirib ki, “Türkiyə Şərqi Aralıq dənizində qeyri-sabitlik yaradan tərəf deyil”.
O həmçinin gərginliyin azaldılması və dialoqun lehinə olduğunu vurğulayıb.