Ərdoğandan patriarx Maşalyana MESAJ

Ərdoğandan patriarx Maşalyana MESAJ

"Türklər və ermənilərin əsrlərlə davam edən və bəşəriyyətə nümunə olacaq birlikdə yaşamaq mədəniyyətinin unudulmasına icazə verə bilmərik".

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana göndərdiyi mesajda deyib.

Ərdoğan mesajında Maşalyanı və erməni icmasının üzvlərini salamlayaraq,"Birinci Dünya müharibəsinin ağır şərtlərində həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad edir və nəvələrinə başsağlığı verirəm" ifadələrdən istifadə edib.

Etnik mənşəyindən, dinindən, dilindən və rəngindən asılı olmayaraq hər kəsin insanlıq ailəsinin üzvləri olduğunu vurğulayan dövlət başçısı "Əsrlər boyu bu torpaqlarda birlikdə sülh içində, ay-ulduzlu bayrağımızın kölgəsi altında dinclik içində yaşayırıq" deyib.

Ərdoğan sözlərinə davamla deyib ki, bizi bir araya gətirən nə mənfəətdir, nə də hesabdır; eyni ölkədə bizi bir arada saxlayan eyni ölkəyə, eyni dəyərlərə, eyni yüksək ideallara olan səmimi bağlılığımızdır. Türkiyə Cümhuriyyətinin bərabər, azad və şərəfli vətəndaşları olmaq hamımız üçün qürur mənbəyidir. Ortaq mədəniyyətimiz, erməni icmasının memarı, musiqi və sənətə qatqıları ilə yanaşı yetişdirdiyi neçə-nəçə həkimlər, mühəndislər, hüquqşünaslar, iş adamları və mütəxəssislərin biliyi və zəhməti ilə zənginləşmiş, inkişaf etmişdir. Türklər və ermənilərin əsrlərlə davam edən və bəşəriyyətə nümunə olacaq birlikdə yaşamaq mədəniyyətinin unudulmasına icazə verə bilmərik. Tarixçilərin aparması lazım olan mübahisələrin üçüncü ölkələr tərəfindən siyasiləşdirilərək ölkəmizə qarşı müdaxilə vasitəsi halına gətirilməsi kimsəyə kömək etmədi. İnanıram ki, şəxsiyyətimizi yalnız keçmişdə ruhumuzda qalan ağrılar üzərində qurmaq yeni nəsillərə qarşı böyük bir haqsızlıqdır.

"Türklər və ermənilər olaraq, artıq bütün maneələri birlikdə aşmaq üçün yetkin olduğumuzu göstərməliyik" deyən Prezident Ərdoğan mesajını bu şəkildə tamamlayıb:

"Sevinclərimizi bölüşmək, iztirablarımızı bölüşmək, tarixdən doğru dərslər çıxararaq gələcəyi inşa etmək öz əlimizdəyik. Türkiyə bu mövzuda üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək. Millətimizin ayrılmaz hissəsi olan erməni vətəndaşlarımıza ölkəmizin yürütdüyü bu mübarizəyə göstərdikləri dəstəyə görə təşəkkür edirəm".

Xəbəri paylaş

VİDEOLAR