Ərdoğan yenə AKP sədri seçildi

Ərdoğan yenə AKP sədri seçildi

Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK) VII qurultayında 1428 səslə yenidən sədr seçilib.

Rasthaber xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib və partiyanın sədri seçilib. 

Seçki nəticələrinə görə, 1431 səs verilib, 1428 səs etibarlı, 3 səs etibarsız elan edilib.

Prezident və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan etibarlı 1428 səsin hamısını alaraq yenidən AK Partiyanın sədri seçilib.

Partiyanın 75 üzvdən ibarət Mərkəzi Qərarı və İdarə Heyəti eyni səsvermə yolu ilə müəyyən edilib.

Ərdoğan təşəkkür nitqində "Məni bir daha sədrliyə layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm" deyib.

Prezident Ərdoğan "Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə qurulmuş Cümhur İttifaqının bir könül ittifaqı olduğunu da dilə gətirib.

Xəbəri paylaş

VİDEOLAR