Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsindən məlumat verilib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Ali-Səud ilə telefon danışığı keçirib.
Tərəflər ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmçinin qarşıdan gələn G20 ölkələri liderlərinin sammitinə dair məsələlər də müzakirə edilib. Qeyd edək ki, həmin sammitə Səudiyyə Ərəbistanı kralı sədrlik edəcək.
Onlar ikitərəfli münasibətlərin yaxşılaşdırılması və ölkələr arasındakı mövcud problemlərin yoluna qoyulması məqsədi ilə dialoq kanallarını açıq tutmaq razılığına gəliblər.