Ərdoğan Türkiyəyə yardım edən ölkələrə təşəkkür edib

Ərdoğan Türkiyəyə yardım edən ölkələrə təşəkkür edib

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin meşə yanğınlarıyla mübarizəsinə dəstək verən dövlət və təşkilatlara təşəkkür etdi.

Rasthaber Azərbaycan xəbər verir ki, Sosial media üzərindən Ərdoğan bu sözləri paylaşdı: “Meşə yanğınlarıyla mübarizəmizdə dəstəyini, “keçmiş olsun” diləklərini, başsağlığılarını çatdıran, köməyə hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşaallah, bu çətin müddəti ən qısa müddətdə sovuşduracağıq.

  Xüsusilə ilk andan etibarən dəstəklərini əsirgəməyən Can Azərbaycanın prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İspaniyanın baş naziri Pedro Sançes, İran prezidenti İbrahim Rəisi, Qətər əmiri Şeyx Təmim, Xorvatiya prezidenti Zoran Milanoviç və Ukrayna prezidenti Vladimir Zelenskiyə Türkiyə adından təşəkkür edirəm”.

  Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 3-də paytaxt Ankarada Dövlət Məlumat Koordinasiya Mərkəzində (Devlet Bilgi Koordinasyon Merkezi) meşə yanğınlarıyla əlaqədar yığıncağa sədrlik edib. O, Prezident Administrasiyasındakı mərkəzdə böyük ekranda əks etdirilən görüntülər vasitəsilə yanğın bölgələrindəki son vəziyyət haqqında səlahiyyətlilərdən məlumat alıb.

Xəbəri paylaş

VİDEOLAR