Ərdoğan Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib

Ərdoğan Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib

"Türkiyənin yeni konstitusiyaya ehtiyacı var və o, ölkənin gələcək inkişafının zamini olacaq."

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentindəki çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, ölkənin Əsas qanununun yeni redaksiyasının hazırlanması davam etməkdədir.

Ərdoğan ölkənin bütün siyasi qüvvələri yeni Konstitusiya layihəsinin hazırlanmasında aktiv şəkildə iştirak etməyə çağırıb.

Türkiyə prezidenti yeni konstitusiyanın 2023-cü il üçün – ölkənin 100 illiyinin qeyd ediləcəyi zaman qəbul ediləcəyinə ümidini ifadə edib.

“Bizim Türkiyədən başqa vətənimiz və dövlətimiz yoxdur – bizim gələcəyimiz birdir. Ziddiyətlər, qütbləşmə və qarşılıqlı qınaqlar ölkənin möhkəmlənməsinə töhfə verməyəcək. Əminəm ki, Türkiyə parlamenti, son əsr ərzində olduğu kimi, qarşıdan gələn 100 ildə də ölkənin inkişafında mühüm rol oyanayacaq”, – deyə o, əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR