Ərdoğan: Türkiyə və İran pandemiya prosesindən daha güclü çıxacaq

Ərdoğan: Türkiyə və İran pandemiya prosesindən daha güclü çıxacaq

Türkiyə və İranın dialoqu regiondakı bir çox problemin həllinin təyinedici faktorudur.

 Rasthaber xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Ali dərəcəli əməkdaşlıq Şurasının 6-cı iclasının iştirakçılarına xitabən bəyan edib.

Şuranın iclası bu gün onlayn konfrans rejimində iki ölkə prezidentlərinin sədrliyi ilə baş tutub.

Ərdoğan xatırladıb ki, Şuranın öncəki iclası 2018-ci ildə Ankarada baş tutmuşdu.

Türkiyə prezidenti koronavirus pandemiyasının fonunda azalan İranla əlaqə həcminin tezliklə bərpa olunacağına ümidini ifadə edib.

“Əminəm ki, Türkiyə və İran pandemiya prosesindən daha güclü çıxacaq”, – Ərdoğan qeyd edib.

O əlavə edib ki, tezliklə İran prezidenti Həsən Ruhani ilə şəxsi görüş keçirməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR