Onun sözlərinə görə, Ankara Aralıq dənizinin şərqində və Egey dənizində öz haqqı ilə özünə məxsus olanı tələb edir.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Aralıq dənizində Türkiyənin hüquqlarının sıxışdırılması cəhdləri ən yüksək dərəcədə ədalətsizlikdir. Türkiyənin inkişafını məhdudlaşdırmaq və dayandırmaq istəyirlər.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, bir sıra ölkələrin Şərqi Aralıq dənizi resurslarını ələ keçirməyə can atmasını “müasir müstəmləkəçiliyin” göstəricisi adlandırıb.
“10 kvadrat kilometr sahəsi olan adacığın ətrafındakı geniş dəniz zonasını ələ keçirməklə 780 min kvadrat kilometr ərazisi olan Türkiyənin Aralıq dənizində əl qolunu bağlamaq istəyirlər”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ankara Aralıq dənizinin şərqində və Egey dənizində öz haqqı ilə özünə məxsus olanı tələb edir.
“Ankara regiondakı səhnəarxası oyunlardan yorulub. Hətta öz şəxsi inkişafına belə töhfə vermək gücündə olmayan bir dövlətin (Yunanıstanın – red.) Türkiyə kimi güclü regional və qlobal oyunçu ilə müqayisəsi artıq gülüncdür”, – deyə o qeyd edib.
O əlavə edib ki, Ankaranın rəqibləri Türkiyənin inkişafını dayandıra bilməyəcəklər.