Ərdoğan: Təəssüf ki, azərbaycanlıları Stalin əsgərlərinin ixtiyarına CHP verdi

Ərdoğan: Təəssüf ki, azərbaycanlıları Stalin əsgərlərinin ixtiyarına CHP verdi

CHP-ni bir sıra hadisələrdə ittiham edən Türkiyə lideri keçmiş SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan Cümhuriyyət Xalq Partiyası (CHP) rəsmiləri tərəfindən yenidən Sovetlər İttifaqına geri qaytarıldığını xatırladıb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə televiziya kanallarına müsahibəsində deyib.

Yüz qırx altı nəfər azərbaycanlı qardaşımız Rusiyanın (SSRİ-nin-red) zülmündən qaçaraq Türkiyəyə sığınıb. Təəssüf ki, CHP rəhbərliyi onları Stalin əsgərlərinin ixtiyarına verdi. Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən keçərkən qətlə yetiriliblər. Türk əsgərlərinə “bizi onlara verməyin, öldürün”, - deyiblər. CHP budur”, - Ərdoğan xatırladıb.

Xəbəri paylaş

VİDEOLAR