Türkiyə Əfqanıstanda hakimiyyətə gələn “Taliban”-ın “mülayim” bəyanatlarını salamlayır.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara Əfqanıstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq “Əfqanıstandakı qarşdalara” kömək etməyə hazırdır.
“Biz daha öncə artıq demişdik ki, “Taliban” rəhbərliyini qəbul edirik və biz indi də bu mövqedəyik”, – deyə Ərdoğan əlavə edib.