Ərdoğan: Qətər həmişə Türkiyənin yanında olub

Ərdoğan: Qətər həmişə Türkiyənin yanında olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz xalqlarının hamısını doğma qardaş olaraq gördüyünü ifadə edərək "Körfəz ölkələriylə əməkdaşlığımızı bu anlayışla qarşılıqlı maraq və hörmət təməlində irəlilətməyə çalışırıq" deyib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Doha səfəri zamanı Ərdoğan bildirib:

"Türkiyə və Qətər birlikdə bütün körfəz bölgəsinin dinclik və sağlığına böyük əhəmiyyət verir. Bu torpaqlarda əsla gərginlik, qarşıdurma və kədər görmək istəmirik. İstər yeraltı qaynaqları, istərsə ticarət baxımından böyük potensiala malik bu gözəl coğrafiyanın qardaşlıqla, həmrəyliklə gündəmə gəlməsini və hər sahədə inkişafını arzu edirik".

O, Körfəz xalqlarının hamısını "doğma qardaşlar" adlandırıb və əlavə edib ki, Körfəz ölkələriylə əməkdaşlıq bu anlayışla qarşılıqlı maraq və hörmət təməlində irəlilətməyə çalışılır.

Ərdoğan qeyd edib ki, 15 İyul (2016) qanlı çevriliş cəhdi zamanı Qətərin Türkiyəyə qarşı sərgilədiyi həmrəyliyi əsla unudulmur.

"Qətər Türkiyə iqtisadiyyatına qarşı spekulyativ hücumlarda da daim bizim yanımızda olub və ölkəmizə duyduğu etibarı göstərib", - deyə Türkiyə prezidenti qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR