Ərdoğan Putinlə görüşdə atəşkəsə ümid etdiyini bildirdi

Ərdoğan Putinlə görüşdə atəşkəsə ümid etdiyini bildirdi

Görüşdə Suriyada atəşkəs mövzusunda bir razılaşma əldə edəcəyinə ümid bəslədiyini söyləyib.

Rasthaber Azərbaycan "Voa"ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə həftənin sonunda görüşü zamanı Suriyada atəşkəs mövzusunda bir razılaşma əldə edəcəyinə ümid bəslədiyini söyləyib.

"Cümə axşamı Moskvaya cənab Putinlə Suriyadakı hadisələri müzakirə etmək üçün gedəcəyəm. Ümid edirəm ki, orada atəşkəs kimi lazımi tədbirləri görəcək və bu işə həll tapacağıq," Ərdoğan Ankarada çıxışı zamanı bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada baş tutacaq görüşdə Suriya üzrə Soçi razılaşmalarının necə həyata keçirilməsini müzakirə edəcəklər.

Xəbəri paylaş

VİDEOLAR