Ərdoğan Merkellə son günlər gündədə olan qalmqallı mövzulardan danışıb

Ərdoğan Merkellə son günlər gündədə olan qalmqallı mövzulardan danışıb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Almaniya kansleri Angela Merkel ilә videokonfrans formatında görüş keçirib.

Rasthaber trt-yə istinadən xəbər verir ki, Türkiyә Prezident Aparatının mәtbuat xidmәtinin mәlumatına görә, Türkiyә ilә Almaniya arasındakı münasibәtlәr vә regional proseslәrin müzakirә olunduğu görüşdә prezident Әrdoğan Şәrqi Aralıq dәnizi mәsәlәsindә konstruktiv mövqenin nümayiş etdirilәcәyi tәqdirdә problemlәrin müzakirә yolu ilә hәll edilә bilәcәyini qeyd edib.

Avropa dövlәtlәrinin Şәrqi Aralıq dәnizi mәsәlәsindә әdalәtli olmalarının vacibliyini vurğulayan prezident Әrdoğan Türkiyәnin hüquqları mәsәlәsindә sonunadәk qәtiyyәtli vә aktiv siyasәt yürütmәyә davam edәcәklәrini söylәyib.

Xəbəri paylaş

VİDEOLAR